Cərrahi Xidmətlər

Dr. Fərhad Əhmədovun icra etdiyi əməliyyatlar müasir standartlara uyğun həyata keçirilir.

Laparoskopik Cərrahiyyə şəkli

Laparoskopik Cərrahiyyə

Müasir tibbin ən təhlükəsiz və effektiv üsullarından biri olan laparoskopik əməliyyatlar kiçik kəsiklərlə, minimal ağrı və qısa sağalma dövrü ilə həyata keçirilir.

  • Laparoskopik xolesistektomiya
  • Laparoskopik appendektomiya
  • Laparoskopik yırtıq əməliyyatları (TAPP, TEP)
  • Laparoskopik fundoplikasiya (Nissen)
  • Laparoskopik histerektomiya
  • Laparoskopik bariatrik əməliyyatlar
Kiçik kəsiklər Az ağrı 7-10 gün sağalma İTS ödənişsiz
Öd Kisəsi və Öd Daşı Müalicəsi şəkli

Öd Kisəsi və Öd Daşı Müalicəsi

Öd daşı xəstəliyi konservativ müalicə olunmur. Vaxtında müdaxilə həyati əhəmiyyət daşıyır. Laparoskopik xolesistektomiya qızıl standart hesab edilir.

  • Xroniki və kəskin kalkulyoz xolesistit
  • Xoledoxolitiaz (öd yolunda daş)
  • Mexaniki sarılıq
  • Öd kisəsi polipləri
  • Öd kisəsi xərçəngi (erkən mərhələ)
Qızıl standart Sürətli bərpa Laparoskopik metod
Yırtıq Cərrahiyyəsi şəkli

Yırtıq Cərrahiyyəsi

Hər növ qarın divarı yırtıqları müasir, təhlükəsiz və təkrarlanma riskini minimuma endirən metodlarla müalicə olunur.

  • Qasıq yırtığı (inguinal)
  • Göbək yırtığı (umbilikal)
  • Ventral yırtıq
  • Femoral yırtıq
  • Spigel yırtığı
Laparoskopik hernioplastika Açıq herniotomiya Minimal risk
Bariatrik və Metabolik Cərrahiyyə şəkli

Bariatrik və Metabolik Cərrahiyyə

Artıq çəki və piylənmənin cərrahi müalicəsi. Sleeve gastrektomiya ilə metabolik sağlamlığın bərpası.

  • Sleeve gastrektomiya (mədəkiçiltmə)
  • Qrelin hormonunun azalması
  • İştahın tənzimlənməsi
  • Diabet və təzyiq riskinin azalması
  • Yuxu apnoesinin aradan qalxması
BKİ 35-40+ Metabolik yenilənmə Çəki azalması
Təcili Cərrahiyyə şəkli

Təcili Cərrahiyyə

Təcili müdaxilə tələb edən qarın boşluğu xəstəlikləri operativ şəkildə diaqnoz və müalicə olunur.

  • Kəskin appendisit
  • Kəskin xolesistit
  • Bağırsaq tıxanması
  • Volvulus (bağırsağın burulması)
  • Peritonit
Təcili müdaxilə Operativ diaqnoz 24/7 hazırlıq
Bağırsaq və Onkoloji Cərrahiyyə şəkli

Bağırsaq və Onkoloji Cərrahiyyə

Kompleks abdominal əməliyyatlar yüksək peşəkarlıqla icra olunur.

  • Bağırsaq rezeksiyaları
  • Kolostomiya
  • Pankreatoduodenal rezeksiya (Whipple)
  • Kolorektal şişlərin cərrahi müalicəsi
  • 40 yaşdan sonra ildə 1 dəfə kolonoskopiya
Erkən diaqnostika Kompleks əməliyyatlar
Yumşaq Toxuma Əməliyyatları şəkli

Yumşaq Toxuma Əməliyyatları

Dəri altı törəmələrin minimal invaziv üsullarla çıxarılması.

  • Lipoma
  • Ateroma
  • Dermoid kista
  • Pilonidal sinus (büzdüm kistası)
  • Dəri altı şiş və törəmələr
Minimal invaziv Estetik tikiş Sürətli sağalma
Reflüks və Hiatal Yırtıq Cərrahiyyəsi şəkli

Reflüks və Hiatal Yırtıq Cərrahiyyəsi

Qastro-ezofageal reflüks xəstəliyinin konservativ müalicəyə tabe olmayan hallarında cərrahi müdaxilə tətbiq olunur.

  • Laparoskopik Nissen fundoplikasiyası
  • Yeni qapaq mexanizminin yaradılması
  • Turşu geri axınının qarşısının alınması
  • Hiatal yırtığın aradan qaldırılması
Laparoskopik Effektiv nəticə

İcbari Tibbi Sığorta ilə Xidmətlər

Əməliyyatların böyük hissəsi İTS çərçivəsində tam ödənişsiz həyata keçirilir.

Öd kisəsi əməliyyatları
Appendektomiya
Yırtıq əməliyyatları
Pilonidal sinus
Kista və lipoma
Təcili müdaxilələr